Binəqədidə ev yandı

Bakıda evdə yanğın olub.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları və qismən 1 ədəd qapı, 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.