Nərimanovdakı manyak əvvəllər də azyaşlıya qarşı qeyri-etik hərəkətlər edib - VİDEO

 17:59 18.01.2023     308

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Bakıda Nərimanov rayonunda manyakın peyd olması barədə görüntülər yayılıb.

Həmin video-yazıda orta yaşlı bir şəxsin dərsdən evə qayıdan məktəbli qıza yaxınlaşaraq onu naməlum ünvana aparmaq istəməsi aşkar görünür. Lakin azyaşlı qız onun əlindən qaçaraq, yaxındakı mağazaya daxil olub.

Redaktor.az xəbər verir ki, məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytanantı Elşad Hacıyevin sözlərinə görə, azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür:

"Araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib. Əlavə məlumat veriləcək".

Tunar Altunbay