7 yaşlı qız qəzada öldü
Ötən gün Göygöl rayonunda baş verən yol qəzasında 7 yaşlı qız ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Opel Vectra" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşınında olan 7 yaşlı Ləman Salmanova hadisə yerində ölüb.
Qeyd edək ki, yol qəzasında həmçinin 54 yaşlı Tamaşa Məhərrəmova və 32 yaşlı Səmiyyə Salmanova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.