Bakıda banka hücum edən belə ZƏRƏRSİZLƏŞDİRİLDİ - VİDEO
Bakıda banka basqın edən şəxs zərərsizləşdirilməsinin görüntüləri yayılıb.
Redaktor.az xəbər verir ki, görüntülərdə banka hücum edən şəxsin polis tərəfindən necə zərərsizləşdirilməsi əks olunur.
Qeyd edək ki, müştərilərin də olduğu bankın filialında bu gün saat 12 radələrində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov əlindəki dəmir linglə işçiləri hədələyərək, pul tələb edib. Bankda xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.
Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Həmin şəxsin zərərsizləşdirilməsinin görüntülərini təqdim edirik:
***
Bakıda banka basqın edən şəxs zərərsizləşdirilib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.
Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.