Qadın dəm qazından boğularaq öldü
Bərdədə qadın dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, 1964-cü il təvəllüdlü Kazımova Elnarə Əbülfəz qızı kirayə yaşadığı Bərdə şəhəri, H. Aslanov küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.