"TikTok"da 20 Yanvar şəhidlərini söyən qadın SAXLANILDI

 11:35 20.01.2023     476

"TikTok" sosial şəbəkəsində 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Bildirilib ki, "TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

Keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və qeyd edilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır.

G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istədiyini bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir