Qaz xətti keçən ərazini yandıran saxlanıldı

 20:22 20.01.2023     156

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

Araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.