Yolu keçən qadını avtomobil vurdu

 09:07 21.01.2023     358

Bakının Nəsimi rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Redaktor.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Kərimova Alla Nazim qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona büzdüm sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən