Solmaz Şirvanlı vəfat etdi - FOTO

 09:32 21.01.2023     215

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu "Cavanşir yurdu” rayon qəzetində çalışıb.

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri "Yeni Şirvan” qəzetində çap olunub.

Onun şeirləri "ZİRVƏ” Poeziya antologiyasında (2015-2020), "Sazlı-sözlü Borçalı” (2018-2020) və "Canım Azərbaycanım” (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.