Əxlaqsızlıq yuvasında qadın və müştəri saxlanıldı

 11:50 21.01.2023     1118

Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsızlıq yuvası təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Redaktor.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M. Əliyev, eləcə də həmin kafedə işləyən 1 qadın və 1 müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.