Hüzn Günündə dini şüarlar səsləndirənlər həbs olundu - Rəsmi

 17:07 21.01.2023     356

Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.

Redaktor.az xəbər verir ki, mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:

“Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir”.