Yük maşını qəza törətdi

 14:35 22.01.2023     300

Bakı-Quba yolunda qəza baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yük maşını aşıb və onun daşıdığı daşlar yola tökülüb.

Hadisə nəticəsində yol infrastrukturuna ziyan dəyib.

Qəza ilə bağlı olaraq yolda sıxlıq yaranıb. Sonra yolun açılması üçün hadisə yerinə evakuatr cəlb olunub və yük maşını ərazidən uzaqlaşdırılıb.