Bu rayonda zəlzələ oldu - YENİLƏNİB

Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
***
Tovuzda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından şimal-şərqdə, Tovuz rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.