Bakı metrosunda maşinist qatar idarə edərkən öldü - YENİLƏNİB

 09:41 23.01.2023     1512

“Bakı Metropoliteni” maşinistin ölümü ilə bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun açıqlamasına görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. 

"Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır", - Bəxtiyar Məmmədov vurğulayıb.

***

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

Redaktor.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb (apa).