Bakıda dəhşətli avtobus qəzasında xəsarət alan var

 09:04 25.01.2023     448

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.

Redaktor.az xəbər verir ki, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub.

Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən