Bakıda 18 yaşlı qız itkin düşdü

Bakıda 18 yaşlı qız itkin düşüb.
Redaktor.az xəbərverir ki, hadisə yanvarın 4-də paytaxtın Xətai rayonu, A.Qurban küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Arifə Rövşən qızı Əsədullayeva evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.