Bakı sakini ərini baltaladı - TƏFƏRRÜAT

 12:05 25.01.2023     296

Yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 27 yaşlı qadının həyat yoldaşını baltalaması hadisəsinin təfərrüatı üzə çıxıb.

Redaktor.az xəbər verir ki, hadisə baş verən gün 1987-ci il təvəllüdlü Rəsul Quliyev (adlar şərtidir) həyat yoldaşı Könül Quliyevanı döyübmüş. Belə ki, qısqanclıq zəminində evdə arabir mübahisələr yaradan Rəsul səhər saatlarında arvadına xəsarətlər yetirib. Bu zaman Könül həyətdə əlinə keçən baltanı götürüb və ərinin baş nahiyəsinə bir dəfə ağır zərbə endirib.

Rəsul Quliyev ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ərini yaralayan Könül Quliyeva tutulub və barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, cütlüyün 2 övladı var (Qafqazinfo).