21 yaşlı oğlan küçədə BIÇAQLANDI

Gəncədə 21 yaşlı oğlan bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Kəlbəcər rayon sakini, 2002-ci il təvəllüdlü S.Əliyevin başından bıçaqlandığı bildirilir. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.