Qazaxda gənc oğlan bıçaqlandı

Qazax rayonunda gənc oğlan bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, hadisə yanvarın 25-də şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Mahmudov Qoca İlqar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 1997-ci il təvəllüdlü Bayramov Sərxan Teymur oğluna üzərində olan bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.