Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Redaktor.az xəbər verir ki, hadisə yanvarın 23-də Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb.
Belə ki, sürücü Cahangirov Abdulla Rafiq oğlu idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Xəlilov Ataman Şahverdi oğlunu vurub. Nəticədə piyada almış olduğu xəsarətlərdən bir gün sonra müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaqı davam etdirilir.