Polkovnik-leytenantın oğlu İstanbulda vəfat etdi - FOTO

 10:02 26.01.2023     1208

Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Vəliyev məlumat verib.

Ekspert qeyd edib ki, B. Qurbanovun oğlu il yarımdır, onkoloji xəstəliklə mübarizə aparıb, buna baxmayaraq o, fasiləsiz müaicə aldığı və İstanbulda yerləşən xəstəxanada dünyasını dəyişib: 

"Vahidin müalicəsi üçün Bayram, yaxınları, komandanlıq, vətəndaşlar, o cümlədən ölkə hüdudlarından kənarda yaşayanlar və çox sayda tanımadığımız dostlar əllərindən gələn köməyi etdilər. Amma Allah Vahidi bizdən aldı.

Bayram qardaşımıza bu ağır günündə uca tanrıdan səbr diləyirəm, Allah Vahidə rəhmət eləsin!" 

Nərmin VÜQARQIZI

2