Naxçıvanda ustanın qolunu “laqonda” kəsdi

 09:58 27.01.2023     1963

Naxçıvanda usta iş vaxtı qəza nəticəsində xəsarət alıb.

Redaktor.az "apa"a istinadla xəbər verir ki, marketdə çalışan 1987-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İlkin Əhmədxanovun qolunu “laqonda” kəsib.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb.

Digər hadisə isə dünən gecə saatlarında baş verib. Şirkətlərin birində çalışan 1968-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Rəsul Bağırovun əli dəzgaha düşüb. Ciddi xəsarət alan Rəsul Bağırov da təcili olaraq Bakı şəhərinə aparılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.