Naxçıvanda qəzada xəsarət alanlar var
Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Redaktor.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonundan keçən hissəsində baş verib.
“Mercedes” markalı 67-BD-662 dövlət nömrə nişanlı avtomobil “KİA” markalı 68-BX-573 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Hər iki avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıblar. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər (report).
.png)
.png)














