"Azərbaycanın yanındayıq" - Binəli Yıldırım

 10:10 28.01.2023     262

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım şuranın üzvü Həsən Həsənova zəng edərək 27 yanvarda Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktını qınayıb.

Redaktor.az xəbər verir ki, Binəli Yıldırım başsağlığı diləklərini çatdırıb, bu terror hadisəsini pisləyib və Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.