Qonşusunun evindən oğurluq edən tutuldu 

 20:18 30.01.2023     348

Yardımlı rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Rdaktor.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 1159 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini D.Kazımov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında, sahibinin evdə olmamasından istifadə edərək həmin evə daxil olduğu və oğurladığı məişət əşyalarını Bakı şəhəri ərazisinə apararaq orada satdığı müəyyən edilib.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.