Cəlilabadda iki uşaq anası intihar etdi

 21:09 30.01.2023     450

Cəlilabadda iki uşaq anası intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü S.Niftiyeva öz ata evində tövlədə özünü asıb.

Məlumata görə, qadın bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edərək, atası evinə gəlibmiş. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən