Şirvanda avtomobil piyadanı vuraraq öldürdü

 09:14 31.01.2023     363

Şirvanda avtomobil piyadanı vurub.

Redaktor.az xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçən Hacıqabul sakini, 1967-ci il təvəllüdlü Qurbanov Ramiz Tofiq oğlunu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Sürücü hadisə yerindən yayınsa da sonradan polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən