Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti açıqlandı - Yenilənib

 11:56 31.01.2023     568

Bakının Sabunçu qəsəbəsində yerləşən evdə baş verən partlayış nəticəsində xəsarət alan Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.

TƏBİB-dən Redaktor.az-a bildirilib ki, hadisə zamanı bədən xəsarəti alan 4 nəfərin vəziyyəti orta ağırdır.

Yaralılar üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə alırlar.

***

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları - 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən