Keçmiş bələdiyyə sədrinə cinayət işi başlanıldı

 14:43 31.01.2023     357

Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.

Bu barədə Redaktor.az-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Dağkəsəmən kənd bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Belə ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.