Lənkəranda evdə kişi meyiti tapıldı
Lənkəranda evdə kişi meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, axşam saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospekti dalan 4, ev 11 ünvanında kişi meyiti aşkarlanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Meyitə baxış zamanı onun 1973-cü il təvəllüdlü Vüqar Eldar oğlu Novruzov olduğu müəyyən edilib.
Yaxınları ondan 2-3 gündür xəbər olmadığını bildiriblər. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Hazırda ölümün səbəbləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.