Burun-boğaz əməliyyatı etdirən 9 yaşlı uşaq öldü - YENİLƏNİB

 19:59 02.02.2023     1210

Xəbər verdiyimiz kimi, Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu yaşadığı evdə dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki,, azyaşlı M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində əməliyyat olunub.

Məsələ ilə bağlı mərkəzdən bildirilib ki, fevralın 1-i saat 20:25-də 2014-cü il təvəllüdlü vətəndaşın meyiti valideynləri tərəfindən Mərkəzə gətirilib: “Baxış zamanı meyitdə ölüm təsdiq olunub. Bununla bağlı aidiyyəti orqanlara dərhal məlumat verilib. Daha sonra meyit ekspertizaya göndərilib.

Əlavə məlumat üçün bildiririk ki, 2014-cü il təvəllüdlü vətəndaşa 25.01.2023-cü il tarixində Mərkəzdə tonzillektomiya əməliyyatı icra olunub və 26.01.2023-cü il tarixində kafi vəziyyətdə evə yazılıb”.

Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).

***

Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadla bildirir ki, iki gün əvvəl özəl klinikaların birində əməliyyat edilən 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Lakin o, Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.