Ali Məhkəmə Ata Abdullayevlə bağlı qərarını AÇIQLADI

 15:25 02.02.2023     391

Bloqer Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Redaktor.az apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin olunmayıb.

Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.