Bərdədə qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB - FOTO

 21:59 02.02.2023     1183

Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində baş verən qəzada ölən şəxslərin adı məlum olub.

Redaktor.az xəbər verirk ki, "VAZ 2121" ("Niva") markalı 90-EA-774 dövlət qeydiyyat nişanlı avtomobillə 34-BG-302 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində ölən şəxslərin adı aşağıdakılardır:

Quliyev Ceyhun Arif oğlu (1988);

Baxşəliyev İlkin Məhərrəm oğlu (1995);

Kərəmova Xalidə İsa qızı (1972);

Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968);

Baxşaliyeva Məfdunə Məhərrəm qızı (1998).

2001-ci il təvəllüdlü Baxşaliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə müraciət edib.

***

Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.

Redaktor.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır (apa).

***

Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya düşən avtomobillərdən biri ANAMA agentliyinə məxsusdur. Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bərdədə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - FOTO  - VİDEO  - YENİLƏNİB-2

222