Paytaxtda dəhşətli QƏTL HADİSƏSİ - Zorlanıb, öldürülən 14 yaşlı qız - VİDEO
Sabunçu rayonu Maştağa qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.
Redaktor.az “ATV Xəbər”ə istinadən məlumat verir ki, hadisəni törətməkdə şübhəli bilinən 42 yaşlı Zaur Babayev gecə saat bir radələrində qeyri-rəsmi münasibətdə olduğu qadının evinə gəlib. Hələlik bilunməyən səbəbdən Zaur Babayev Əfsanə Şadatovanın əl-qolunu bağlayaraq ona bıçaqla zərbələr endirməyə başlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daha sonra Z.Babayev, Ə.Şadatovanın qızı Günəş Şadatovanı Kürdəxanı gölünə apararaq ona təcavüz etdikdən sonra bıçaqla xəsarətlər yetirib.
Etdiklərindən kifayətlənməyən Zaur, evə qayıdaraq Əfsanə Şadatovaya yenidən xəsarətlər yetirib.
Qonşuların bildirdiyinə görə, Əfsanə bir dəfə ailəli olub. Lakin həyat yoldaşı dünyasını dəyişib.
Sabunçu Rayon Tibb Mərkəzindən aldığımız məlumata əsasən göstərilən tibbi müdaxilələrə baxmayaraq xəsarət alan 14 yaşlı Günəş Şadatovanın həyatını xilas etmək mümkün olmayıb. Anası Əfsanənin isə tramva şöbəsində müalicəsi davam etdirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Zaur Babayev polislər tərəfindən saxlanılıb.
Sabunçu Rayon Prokurorluğunda qəsdən adam oldürmə maddəsi ilə cinayət işi başladılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.