Zaqatalada 43 yaşlı imam qəfil öldü

 16:30 03.02.2023     348

Zaqatalada imam qəfil dünyasını dəyişib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kəndinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Tibbi yardıma baxmayaraq Elşən Musayevin həyatı xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.