Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı
Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.