Polis yol qəzasında xəsarət aldı

 17:33 04.02.2023     667

Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.

Redaktor.az xəbər verir ki, “Rang-Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Nizami RPİ-də araşdırma aparılır.