Ötən il Kürdə batanın meyiti tapıldı
2022-ci ilin dekabr ayında hüquq-mühafizə orqanlarına Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Redaktor.az-a bildirib ki, Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.
Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
***
Ötən il dekabrın 12-dən Kürdə batdığı ehtimal olunan şəxsin axtarışları nəticə verib. Tovuz rayonunun Qədirli kənd sakinləri 47 yaşlı Eldəniz Məmmədovun meyitini tapıblar.
Redaktor.az xəbər verir ki, dərhal əraziyə Tovuz Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları cəlb edilib.
Məlumata görə, 45 gün idi ki, itən şəxsin axtarışları aparılırdı. E. Məmmədovun meyiti batdığı ehtimal olunan ərazidən təxminən üç kilometr uzaqlıqda tapılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl onun ov tüfəngi və balıq tutmaq üçün cərəyan artıran cihazı həmin əraziyə yaxın yerdə aşkarlanıb. Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalar davam etdirilir.