Zərdab sakini Bakıda qadının çantasını alıb qaçdı

 18:58 04.02.2023     303

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.