Avtomobildə yanıb ölənin kimliyi bilindi - YENİLƏNİB

 10:05 05.02.2023     359

Cəlilabad rayonunda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi “MAZ” markalı avtomobillə qarşıdan gələn “Ford” markalı avtomobil toqquşub.

Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, İsmayıllı rayon sakini N. Məmmədov xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin Daşkəsən rayon sakini İ. Quliyev isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

***

Cəlilabadda avtomobillər yanıb, ölən var.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, rayonun Privolnoye kəndində “Ford” və “МАZ” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.