Bakıda qadın dəm qazından boğulub öldü
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.
Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Həsənova Cevlana Ərəstun qızı hamam otağında dəm qazından zəhərlənərək keçinib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.