Dəm qazından zəhərlənən qadın öldü

 09:35 08.02.2023     2044

10 gün qabaq dəm qazından zəhərlənən qadın xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki, 10 gün qabaq Abşeron rayonunun Hökməli qəsəbəsində 1974-cü il təvəllüdlü Məlahət Rəhimova evinin hamam otağında dəm qazından zəhərlənib.

Qadın qonşuları tərəfindən xəstəxanaya çatdırılsa da, ötən gün ölüb.

Araşdırma aparılır.