Naxçıvanda telefonların İMEİ kodlarını saxtalaşdıranlar SAXLANILDI

 19:45 08.02.2023     368

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən ticarət mərkəzindəki telefon mağazalarından ümumilikdə 42 ədəd İMEİ kodları saxtalaşdırılaraq dəyişdirlimiş mobil telefonlar aşkarlanaraq götürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Culfa Rayon Polis Şöbəsindən məlumat verilib.

Telefon satışı ilə məşğul olan Toğrul Ələkbərov, Heydər Hümbətov, Məhəmməd Məmmədov, Fizuli Nəsirov və Teymur Qalayev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.