Tovuzda zəncirvari qəza - Yaralılar var

 23:03 09.02.2023     326

Tovuzda zəncirvari yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, rayon ərazisində "Toyota", "VAZ 2106" və "VAZ 2109" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.