Naxçıvanda oğurluqda şübhəli bilinənlər saxlanıldı

 15:57 10.02.2023     337

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sədərək Rayon Polis Şöbəsindən bildirilib.

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçi kənd sakinləri Bəhman Hüsyenəliyev və Elnur Fərəcovu Dəmirçi kəndində baş vermiş oğrluq faktları ilə əlaqədar şübhəli şəxs qismində saxlayaraq məsuliyyətə cəlb ediliblər.

Onların müxtəlif vaxtlarda kənd ərazisindən oğurladıqları ev quşları və elektron avadanlıqlar maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.