Avtomobilə əlavə avadanlıqlar quraşdıranlar cərimələndi - FOTO

 23:10 10.02.2023     302

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundanr Redaktor.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və bu kimi halların özləri ilə yanaşı, digər hərəkət iştirakçılarının da sağlamlığı üçün də təhlükə yaratdığı həmin şəxslərə izah olunub. Əvvəllər bir neçə dəfə xəbərdarlıq olunsa da, bundan nəticə çıxarmayan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.