Keçmiş məhkum 2 nəfəri bıçaqladı
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimovu və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.