Bakıda ev yanıb, bir nəfərin meyiti aşkarlandı

 16:55 11.02.2023     323

Bakıda ev yanıb, bir nəfərin meyiti aşkarlanıb

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.