Yevlaxda 20 yaşlı gənc bıçaqla öldürüldü - YENİLƏNİB

 22:34 13.02.2023     408

Xəbər verildiyi kimi, fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.

Redaktor.az xəbər verir ki, araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb.

Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib.

Fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.