Anasını öldürən yeniyetməyə 5 il həbs cəzası verildi

 15:35 14.02.2023     341

Bakıda anasını qətlə yetirməkdə ittiham olunan yeniyetmənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Məhkəmə təqsirləndirilən İdeal Məmmədzadəyə münasibətdə Cinayət Məcəlləsinin 62 (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Yeniyetməyə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Məhkəmə onun qətli törədərkən affekt vəziyyətində olduğu qənaətinə gəlib.

Prokuror yeniyetməyə 7 il 6 ay həbs cəzası istəmişdi.

Xatırladaq ki, hadisə ötən ilin aprel ayında Bakının Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.

Rəsmi məlumata görə, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin 2007-ci il təvəllüdlü oğlunun qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yeniyetmə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.